![]() |
Nazirlikdən vətəndaşlara MÜRACİƏT
Dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) bir sıra əlavə zəruri tədbirlər həyata keçirilir”. Bu barədə Nazirliyin vətəndaşlara müraciətində bildirilir. "Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən NRYTN-də vətəndaşların fiziki olaraq qrup və fərdi qəbulları təxirə salınır. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu elektron poçt ünvanı: mincom@mincom.gov.az və telefon nömrəsi +99412 5983818 (məsul şəxslər Rauf Rzayev və Rəna Hacıyeva, İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsinin əməkdaşları) vasitəsilə həyata keçiriləcək”, - deyə müraciətdə qeyd olunub.
18 Fevral, 2021 13:36 ⁄ Baxılıb: 1001
Bu bölmədə4 Mart, 2021 Xalqxeber.Az xəbər portalının 9 yaşı tamam oldu3 Mart, 2021 Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi2 Mart, 2021 Güclü külək əsəcək - XƏBƏRDARLIQ2 Mart, 2021 İcra başçısı şöbə müdirini işdən çıxardı |