Simsar.az | bizi özünüzə Simsar bilin
XİN-dən Ermənistana cavab

“Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibətində bildirib.

“Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”, - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan erməni mediasına açıqlamasında 9 noyabr (10 noyabr) 2020-ci il tarixli bəyanatın 9-cu bəndində dəhlizin yaradılması ilə bağlı heç bir müddəanın olmadığını bildirib.

16 Fevral, 2021  15:15 Baxılıb: 1951

Bu bölmədə