![]() |
Bakıda 19 yaşlı oğlan atasını öldürməkdə təqsirləndirilir - RƏSMİ
Fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
15 Fevral, 2021 11:22 ⁄ Baxılıb: 1043
Bu bölmədə4 Mart, 2021 Xalqxeber.Az xəbər portalının 9 yaşı tamam oldu3 Mart, 2021 Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi2 Mart, 2021 Güclü külək əsəcək - XƏBƏRDARLIQ2 Mart, 2021 İcra başçısı şöbə müdirini işdən çıxardı |