Abid Şərifov nəvəsinin otelindən danışdı: "Bunu böyütmək nəyə lazımdır?"
Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb. “Unikal.org”a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib. O, bildirib ki, Şəki şəhər icra hakimiyyəti tərəfindən istismara verilən "Şəki Park” oteli nəvəsinə məxsusdur: "Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?" Qeyd edək ki, "Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.
10 Fevral, 2021 12:46 ⁄ Baxılıb: 1944
Bu bölmədə17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb20 Mart, 2024 İş adamı Seymur İsayevdən bayram təbriki |