Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir.

Bildirilib ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

5 Fevral, 2021  11:04 Baxılıb: 1900

Bu bölmədə