Simsar.az | bizi özünüzə Simsar bilin
ETSN-dən Badamdardakı sürüşmə ilə bağlı açıqlama

“Badamdar ərazisində baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən yaranıb. Ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması və son aylar ərzində ərazidə intensiv atmosfer yağıntıları bu prosesi qaçılmaz edib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov bildirib.

O qeyd edib ki, hazırda ərazidə nazirlik tərəfindən tədqiqat işləri aparılır: “Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırmamız davam edir. Ərazidə təbii amillərdən başqa digər amillərin də təsiri vardır. Belə ki, yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib”.


29 Yanvar, 2021  11:07 Baxılıb: 1759

Bu bölmədə