Simsar.az | bizi özünüzə Simsar bilin
DAHA BİR KƏNDƏ TƏBİİ QAZ VERİLİB

Goranboy rayonunun Əlirzalı kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində geniş miqyaslı işləri davam etdirir.

ARDNŞ-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Goranboy rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən təmir-bərpa, yenidənqurma işləri nəticəsində Əlirzalı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Goranboyun 229 abonenti olan Əlirzalı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 26 440 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 229 ədəd qaz sayğacı quraşdırılıb.

16 İyun, 2011  19:17 Baxılıb: 1144

Bu bölmədə