Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi Bakıya göndərildi
Nigeriya yaxınlığında hücuma məruz qalan “Motsart” gəmisinin heyət üzvlərindən biri olan Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhumun cənazəsi Türk Hava Yollarının İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib. Qeyd edək ki, Liberiya bayrağı altında fəaliyyət göstərən "Motsart" gəmisi 23 yanvar tarixində Nigeriyanın Lagos sahillərindən təxminən 180 mil məsafədə dəniz quldurlarının hücumuna məruz qalmışdı. Laqosdan Cənubi Afrikanın Keyptaun şəhərinə gedən yolda 19 ekipaj üzvündən 15-i qaçırılıb. Bir Azərbaycan vətəndaşı öldürülüb. Gəmi üç ekipaj üzvü ilə Qabonun Port-Qentil limanına üzüb.
27 Yanvar, 2021 10:49 ⁄ Baxılıb: 1678
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |