Simsar.az | bizi özünüzə Simsar bilin
YAP-çı müğənnilər jest edir

Onlar deputatlar qarşısında xeyriyyə konserti verəcək

İyunun 16-da Yeni Azərbaycan Partiyası “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti təşkil edir.

Simsar.az partiyanın saytına istinadən məlumat verir ki, Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına saray) təşkil ediləcək konsertdə YAP üzvü olan xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elton Məmmədov, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri çıxış edəcəklər.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdən toplanan vəsait “Silahlı Qüvvələrə Yardım Fondu”na keçiriləcək.

16 İyun, 2011  18:39 Baxılıb: 1381

Bu bölmədə