Simsar.az | bizi özünüzə Simsar bilin
Xırdalanda dağıntılar altında qalan 9 yaşlı Fatimənin meyiti tapılıb

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmin şəxsin 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı olduğu bildirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub.

26 Yanvar, 2021  16:35 Baxılıb: 1618

Bu bölmədə