Sabahın HAVASI
Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Tibbi-meteoroloji proqnoz Yanvarın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
25 Yanvar, 2021 14:39 ⁄ Baxılıb: 1675
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |