Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya start verildi

Azərbaycanda bu gündən insanların koronavirusa qarşı vaksinasiyasına start verilir. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edək ki, birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya ediləcək. İkinci mərhələdə isə 50 yaş yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək.

18 Yanvar, 2021  12:06 Baxılıb: 1788

Bu bölmədə