Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən Nazirlər Kabinetinə aşağıdakı işləri görmək həvalə edilib:

 

1. Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görsün;

2. Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan külək elektrik stansiyasının tikiləcəyi ərazilərdə küləkölçmə işləri tamamlandıqdan sonra torpaqların kateqoriyasının dəyişdirilməsi, həmin ərazilərdə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin daimi istifadəsinə verilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini təmin etsin;

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin;

5. aidiyyəti qurumlarla birlikdə pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının bu Sərəncamın 1-ci bəndində göstərilən “Enerji alqı-satqı müqaviləsi”nə və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlər görülməsini təmin etsin;

6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

29 Dekabr, 2020  12:54 Baxılıb: 1413

Bu bölmədə

25 Yanvar, 2021
Sabahın HAVASI