Simsar.az | bizi özünüzə Simsar bilin
Şəhid Fərman Mustafayevin oğlu Anara böhtan atıldığını iddia edirlər - QOHUMLARI

"Noyabr ayının 5-i axşam saatlarında yaşadığımız "Montin" ərazisindən Anarı "bandotdel" gəlib aparıb. Bu sözləri Fənurə Mustafayeva qaynı oğlu Anar Mustafayevin haqsız yerə həbs edildiyini bildirərkən deyib. Onun sözlərinə görə hazırda Kürdəxanı təcridxanasında saxlanılan Anar Mustafayev 1-ci Qarabağ Müharibəsində şəhid olmuş Fərman Mustafayevin yeganə övladıdıdr. F. Mustafayeva bildirir ki, A.Mustafayev çox kiçik yaşlarında atası şəhid olduqdan sonra anasını da itirib. Nənəsi və Fənurə xanım baxıb böyüdüblər Anarı. "Anar çox qeyrətli, ağlı başında oğlandır. Yaşadığımız "Montin" ərazisində səbəbsiz "bandotdel"gəlib tutub aparıb. Fiziki təzyiq göstərərək narkotik vasitə satdığını güclə etiraf etdiriblər. Əksinə Anar məhlədə bu işlə məşğul olanlara həmişə qovurdu. Aparıldığı yerdə fiziki təzyiq göstərilməklə bərabər bildirilib ki, atanın şəhid məzarına aparıb narkotik basdıracağıq deyəcəyik sən basdırmısan deyə mənəvi və psixoloji də təzyiq göstərərək təhdid ediblər." Fənurə Mustafayevanın sözlərinə görə Anar bir neçə dəfə analizlər də verib narkotik istifadəçisi olduğu aşkarlanmayıb. Dövlət başçısı İlham Əliyevə, 1-ci vitse prezident Mehriban Əliyevaya, ombudsman Səbinə Əliyevaya, Daxili İşlər Naziri Vilayət Eyvazova, DTX sədri Əli Nağəyevə ərizə ilə müraciət edən Anarın əmisi və əmisi arvadı saytımız vasitəsilə də bütün əlaqədar qurumları bu işə ədalətlə yanaşmalarını istədilər. "Anara şər atılıb. Etmədiyi iş fiziki və psixoloji təzyiq göstrərərək, təhdid edilərək boynuna qoyulub."

 

24 Dekabr, 2020  13:29 Baxılıb: 1293

Bu bölmədə

25 Yanvar, 2021
Sabahın HAVASI