Simsar.az | bizi özünüzə Simsar bilin
Sakinlərin Şuşaya köçürüləcəyi tarix açıqlandı

“Güman edirəm ki, ən azından, gələn ilin yayında bir qisim insanın Şuşaya köçürülməsi baş verəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Şuşanın su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır:

“Generatorlar vasitəsilə bütün şəhər işıqlandırılır. Şəhərdə 3-5 mərtəbəli binalar var ki, onlar dağıdılmayıb. Həmin binalar təmir olunmalıdır. Onlar asanlıqla bərpa olunacaq və insanlar tezliklə ora köçürüləcəklər”.

21 Dekabr, 2020  17:04 Baxılıb: 1695

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası