![]() |
FHN-in xəstəxanasında oksigen stansiyası xarab oldu: ölənlərin olduğu bildirilir
FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında sistemin sıradan çıxması nəticəsində xəstələrin oksigensiz qaldığı deyilir. AFN-ə məlumat verən xəstə yaxınları bildirirlər ki, bir neçə saat əvvəl xəstəxananın 17, 18 və 19-cu korpuslarını əhatə edən oksigen stansiyası sıradan çıxıb. Hazırda sistemdə yaranan nasazlığın aradan qaldırılması üçün iş getsə də, bu müddət ərzində xeyli sayda karonavirus xəstəsinin öldüyü iddia edilir. Xəstə yaxınlarının sözlərinə görə, xəstəxana qarşısında kütləvilik var: "Xəstələrin ailələri burdadır, qarışıqlıq yaranıb". Məlumat redaksiyamıza gec saatda daxil olduğundan qarşı tərəflə dəqiqləşdirmək imkanımız olmadı. Qeyd edək ki, xəstəxana 2277 çarpayıdan ibarətdir. Hazırda orada minlərlə xəstənin müalicə aldığı bildirilir.
17 Dekabr, 2020 14:24 ⁄ Baxılıb: 1215
Bu bölmədə21 Yanvar, 2021 Bakıda avtobus avtomobillə toqquşdu: Xəsarət alan var14 Yanvar, 2021 Binəqədidə yanğın olub21 Dekabr, 2020 Bakıda bina yanır21 Dekabr, 2020 Bakıda ana əvvəlcə övladlarını, sonra özünü binadan atdı12 Noyabr, 2020 32 yaşlı kişi özünü bıçaqlayaraq öldürdü |