Simsar.az | bizi özünüzə Simsar bilin
Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı oldu

Corat qəsəbəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefinin açılış mərasimi keçirilib. APA xəbər verir ki, mərasimdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər.

Tədbirdə Vətən Müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Əsgər Cəbrayıl Dövlətzadə Sumqayıtda doğulub, 19 yaşında idi.

Qeyd edək ki, C.Dövlətzadə İkinci Fəxri Xiyabanda dəfn olunub.

9 Dekabr, 2020  15:24 Baxılıb: 1781

Bu bölmədə