![]() |
BDU-dan qovulan tələbə universitetə bərpa olundu
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub. "BakuPost"un əldə etdiyi məlumata görə, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib. P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi. BDU rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanmışdı. Dünən isə P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirmiş və hər kəsdən üzr istəmişdi.
30 Noyabr, 2020 11:56 ⁄ Baxılıb: 1648
Bu bölmədə26 Yanvar, 2021 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdı26 Yanvar, 2021 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdı26 Yanvar, 2021 Ramin Quluzadəyə yüksək vəzifə verildi25 Yanvar, 2021 Sabahın HAVASI |