![]() |
"Laçın dəhlizini bağlayan məhz Ermənistandır" - Prezidentin köməkçisi
"Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır". Yeniavaz.com xəbər verir ki, bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. “Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib. Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək, Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir”, - deyə H.Hacıyev qeyd edib.
5 Noyabr, 2020 17:45 ⁄ Baxılıb: 2723
Bu bölmədə4 Mart, 2021 Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurdu5 Fevral, 2021 Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN3 Fevral, 2021 Səlim Müslümov HƏBS EDİLDİ3 Fevral, 2021 Qırğızıstanın yeni Baş naziri o oldu15 Dekabr, 2020 Azərbaycanlı hərbi ekspert koronavirusdan vəfat etdi |