Simsar.az | bizi özünüzə Simsar bilin
Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Report-un xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

27 Oktyabr, 2020  12:46 Baxılıb: 3615

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası