Simsar.az | bizi özünüzə Simsar bilin
Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Oktyabrın 26-da Şəki şəhərində üç avtomobildən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat verib. Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən maqnitofon, pul, bank kartları və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Abdulxalıqlı və bir yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

27 Oktyabr, 2020  12:09 Baxılıb: 3737

Bu bölmədə