Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentin köməkçisi Gəncədə yaralanan uşağın fotosunu paylaşdı

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb. “Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter hesabında #Gəncəgüclüdür həştəqindən istifadə edərək qeyd edib: “Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

6 Oktyabr, 2020  13:04 Baxılıb: 3729

Bu bölmədə