İran ərazisindən Ermənistana silah və hərbi texnika daşındığını əks etdirən videolar yayılır
İran ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasını əks etdirən görüntülər yayılır. Simsar.az APA-ya istinadən xəbər verir ki, videolar sosial şəbəkələrdə yayılır. Videolardan görünür ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır. Buna etiraz edən İranda yaşayan azərbaycanlıların həmin maşınlardan bir neçəsini yandırdığına dair videolar paylaşılır. İran rəsmiləri hər nə qədər bu faktları təkzib etsələr də, faktlar və görüntülər başqa şey deyir. İran hər zaman Azərbaycanla dost və qardaş olduğunu, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulasa da, bir daha diqqətə çatdırmaqda fayda var ki, onun bu addımları qonşuluq, dostluq münasibətlərinə, İslam həmrəyliyinə ziddir.
30 Sentyabr, 2020 12:52 ⁄ Baxılıb: 2758
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |