AzTV "Diriliş Ərtoğrul" serialını yayımlayacaq
Azərbaycan Televiziyası Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış “Diriliş Ərtoğrul” teleserialını yayımlayacaq.
Yeniavaz.com xəbər verir ki, AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verdiyi məlumata görə, TV serialın lizensiyasını alıb. Artıq filmin Azərbaycan dilinə tərcümə və dublyajına başlanılıb.
Dublyaj bitdikdən sonra serial həftəiçi hər gün AzTV-də efirə veriləcək. Qeyd edək ki, 2014-cü ildən TRT-də yayımlanmağa başlamış serialın ssenarisi Mehmet Bozdağa aiddir. Filmdə baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevik çəkilib. “Diriliş Ərtoğrul”da azərbaycanlı aktrisa Könül Nağıyeva da rol alıb. O bu filmdəki roluna görə “Kapalı çarşı” jurnalı tərəfindən “Ən yaxşı xarici aktrisa” mükafatına layiq görülüb. Serialın ilk seriyasının yayımlandığı günün AB qrupu üzrə reytinq sıralamasında birinci sırada olub. “Diriliş Ərtoğrul”un hekayəsi XIII əsrdə Ərtoğrul Qazinin Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsi və Osmanlı bəyliyinin qurulma dövrü haqqındadır. Film 150 bölümdən ibarətdir.
28 Sentyabr, 2020 11:37 ⁄ Baxılıb: 3214
Bu bölmədə18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu1 Noyabr, 2023 Aybəniz Haşımova və tələbələri Biləsuvarda |