Yaponiya Ayda zavod tikəcək
Yaponiya Ayda yanacaq zavodu tikməyi planlaşdırır. Bu barədə “Kyodo” agentliyi xəbər yayır. Alimlər dəqiqləşdiriblər ki, zavodun səma cisminin Cənubi qütbündə tikilməsi mümkün olacaq. Onlar həmin yerdə buz yataqları tapacaqlarına inanırlar. Mütəxəssislər qeyd edirlər ki, istehsal olunan su oksigen və hidrogenə bölünəcək, daha sonra yanacağa çevriləcək ki, bu da minlərlə kilometrə qədər məsafədə Ayda hərəkətə imkan verəcək. Yaponiyada zavodun tikintisinin 2035-ci ilə qədər başa çatacağı gözlənilir.
28 Sentyabr, 2020 11:11 ⁄ Baxılıb: 3173
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |