Simsar.az | bizi özünüzə Simsar bilin
Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən təmizləndi

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

28 Sentyabr, 2020  10:47 Baxılıb: 2225

Bu bölmədə