Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda bu yol 10 gündən çox bağlı olacaq

8-18 sentyabr tarixilərində aparılan təmir işləri ilə əlaqədar olaraq Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yeniavaz.com-a bildirilib ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

8 Sentyabr, 2020  11:57 Baxılıb: 2466

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası