İradə Nurəddinqızı: "Kran aşan tikinti ərazisi Sipark İnşaata aid deyil"
Xəbər verdiyimiz kimi, dünən Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsində kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşaraq həm insan itkisinə səbəb olub, həm də daşınmaz əmlaka ziyan vurub. Bəzi saytlarda kran aşan tikinti ərazisinin Sipark İnşaata aid olduğu bildirilən xəbərlər dərc olunub. Məsələ ilə bağlı şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən İradə Nurəddinqızı ilə əlaqə saxlayaraq münasibət öyrəndik. Onun sözlərinə görə sözügedən saytlarda yazılan xəbərlər həqiqəti əks etdirmir. "Kran aşan tikinti ərazisi Sipark İnşaata aid deyil. Hadisə baş verən andan bütün informasiya agentlikləri, ciddi xəbər portalları və rəsmi qurumlar bildirib ki, hadisə “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının tikinti ərazisində baş verib. Aşan kran isə “Kran Group” MMC-yə məxsusdur." İ.Nurəddinqızı onu da bildirib ki, saytlar yanlış xəbərlə bağlı təkzib də verib. Simsar.az
5 Sentyabr, 2020 11:55 ⁄ Baxılıb: 3005
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək6 Sentyabr, 2022 Ağsuda iki qadın itkin düşüb - Fotolar29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |