Simsar.az | bizi özünüzə Simsar bilin
Hikmət Babayev vəzifəsindən azad edildi

Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb. Bu barədə Report-a BNA-dakı mənbə bildirib.

Xatırladaq ki, ötən gün Agentlik açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.

4 Sentyabr, 2020  16:40 Baxılıb: 3514

Bu bölmədə