Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ
Daxili işlər orqanlarında yeni təyinat olub. Simsar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sabirabad rayon Dövlət Yol Polisinin (DYP) rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, Biləsuvar rayonu DYP rəisi vəzifəsinə təyin olunub. Xatırldaq ki, E.Əzizov əvvəl Lənkəran rayonu DYP bölməsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay bundan əvvəl Daxili İşlər nazirinin müvafiq əmri ilə Sabirabad rayonu DYP bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi
4 Sentyabr, 2020 13:27 ⁄ Baxılıb: 3520
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |