Simsar.az | bizi özünüzə Simsar bilin
Vüqar Biləcərinin üç mərasimi ilə bağlı müraciət

Xəbər verdiyimiz kimi, 33 yaşında vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində izdiham yaşanıb. İki gün əvvəl baş tutan yas mərasimində iştirak edən 60 nəfər sərt karantin rejimini pozduqları üçün cərimələnib. Onlar arasında tanınmış meyxanaçılar da var.
Dünən ifaçı Rəşad Dağlının instaqram səhifəsində V. Biləcərinin atası Zakir Paşayevin adından müraciət paylaşılıb. Qeyd olunub ki, mərhum meyxanaçının “üç mərasimi” pandemiya ilə əlaqədər olaraq keçirilməyəcək: “Heç kim zəhmət çəkib gəlməsin. Xahiş edirik ki, narahatlıq yaratmasın. Vüqara yas saxlamaq istəyənlər öz evlərində, qəlblərində dua etsinlər. Bu, kifayətdir”.

31 Avqust, 2020  12:20 Baxılıb: 3734

Bu bölmədə