Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədrlər hesabat verdilər

“Yeni müharibənin başlamasının istisna edilməsinə nail olmuşuq”

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 15-də Avropa Parlamentinin Beynəlxalq məsələlər üzrə komitəsində çıxış ediblər. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Minsk qrupunun amerikalı həmsədri Robert Bradke deyib ki, Minsk qrupu effektiv fəaliyyət göstərib. 

Robert Bradke qeyd edib ki, gələcəkdə münaqişənin tənzimlənməsində Avropa Birliyinin də böyük rol oynayacağını düşünür: “Bizim fəaliyyətimizə gəlincə, ən başlıcası odur ki, yeni müharibənin başlamasının istisna edilməsinə nail olmuşuq”.
Fransalı həmsədr Bernar Fasie isə bəyan edib ki, əgər yaxın vaxtlarda baza prinsipləri qəbul edilməzsə, həmsədrlər yeni konsepsiya ilə çıxış etməli olacaqlar.

16 İyun, 2011  15:55 Baxılıb: 1063

Bu bölmədə