Simsar.az | bizi özünüzə Simsar bilin
Tatlısəs oxuyur

Həkimlər onun hər keçən gün yaxşılaşdığını deyir

Martın 13-dən 14-nə keçən gecə İstanbulda başından güllələnən tanınmış Türkiyə sənətçisi İbrahim Tatlısəsin müalicəsinin gedişi ilə bağlı məlumat açıqlanıb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənətçinin müalicə olunduğu Müalicə və Reabilitasiya Mərkəzinin tibbi koordinatoru, professor Tunç Alp Kalyon mətbuata açıqlamasında İbrahim Tatlısəsin ümumi vəziyyətinin yaxşı olduğunu deyib: “Onun vəziyyəti hə keçən günə nisbətən daha da yaxşılaşmaqdadır”. 


O, həmçinin İ. Tatlısəsin artıq mahnılar söyləməyə başladığını da açıqlayıb. Həkimin sözlərinə görə, müğənninin mahnı söyləməsi və danışığında hər hansı bir problem yoxdur.

16 İyun, 2011  15:52 Baxılıb: 1486

Bu bölmədə