Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCANIN BİR NEÇƏ KƏNDİ QAZLAŞDIRILIB

Daşkəsən və Ağcabədi rayonlarının daha bir neçə kəndi qazlaşdırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ölkə ərazisində qaz təchizatının yaxşılaşdırılması, əhalinin «mavi yanacaq»la itkisiz və keyfiyyətli təminatı məqsədilə aparılan işlər davam etdirilir.

ARDNŞ-dan Simsar.az-a verilən məlumata görə, cari ilin əvvəlindən «Azəriqaz» İB tərəfindən Daşkəsən rayonunun Xoşbulaq kəndinin qaz təchizatı istiqamətində görülən işlər artıq başa çatdırılıb.

Ötən müddət ərzində Xoşbulaq kəndinin qaz təchizatının bərpası məqsədilə ümumi uzunluğu 24 km olan müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, 90 ədəd qaz sayğacı quraşdırılıb. Nəticədə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili kəndlərinə və Taxtakörpü qəsəbəsindəki məcburi köçkün məhəlləsi də təbii qazla təchiz olunub.

Birpilləli sistem əsasında Yuxarı Qiyaməddinli və Mirzəhaqverdili kəndlərinin təbii qazla təmin olunması üçün 34,5 km uzunluğunda polietilen boru çəkilib, 350 ədəd sayğac quraşdırılıb, Taxta Körpü qəsəbəsindəki məcburi köçkün məhəlləsinin «mavi yanacaq»la təmin olunması üçünsə 24,5 km polietilen boru xətti çəkilib, 60 sayğac və 2 ədəd qaztənzimləyici şkaf quraşdırılaraq istifadəyə verilib.

15 İyun, 2011  02:44 Baxılıb: 1157

Bu bölmədə