Simsar.az | bizi özünüzə Simsar bilin
Mahir Mehdi: "Vuruldum"

... Boşalıb,
dolduğum yerdən
yıxılanda qırıldım.
Əlinlə tutduğun yöndən
dikələndə vuruldum.

Heç vaxt keçə
bilmədiyin
ikiqatlı üzündən,
vuruldum,
yatıb bir daha
durmayanda özündən.

Vuruldum,
məsafələrim
səsinlə ölçüləndə.
Bədənlər geyilməmişdən
üstünə biçiləndə.

Bu basabasa vuruldum
təkliyi cəm bulanda.
Bütün adamlar
eyni baş,
bircə adam olanda.

Dağılıb tək - tək,
təzədən
çoxanlamlı quruldun.
İrəliyə cumub, səndə
vurulandan vuruldum.

30 İyul, 2020  11:12 Baxılıb: 10635

Bu bölmədə