Simsar.az | bizi özünüzə Simsar bilin
Polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından bir il ötür

Hərbi Hava Qüvvələrinin “MİQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından bir il ötür.
Polkovnik-leytenantın iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, avqustun 20-si isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.
Rəşad Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.(yeniavaz)

24 İyul, 2020  14:29 Baxılıb: 5388

Bu bölmədə