Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda avtomobildə meyit tapılıb

Bakının Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilində meyit aşkarlanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir. Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

23 İyul, 2020  10:12 Baxılıb: 3995

Bu bölmədə