Simsar.az | bizi özünüzə Simsar bilin
Şəhid general Polad Həşimov dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov İkinci Fəxri xiyabanda dəfn olunub.
Yeniavaz.com xəbər verir ki, insan izdihamı müşahidə edilən Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
Dünən səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunur.
Yeniavaz.com xəbər verir ki, dəfn mərasimində Prezident Admisintrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirlər.

15 İyul, 2020  11:31 Baxılıb: 1752

Bu bölmədə