Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə XİN: "Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil"

"Ermənistan Tovuzda xaincə bir hücum həyata keçirdi. Azərbaycan ordusu lazımi addımı atdı və hücumun qarşısını aldı".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Məvlud Çavuşoğlu Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barədə danışarkən deyib. O bildirib ki, Ermənistan bu addımlarla diqqəti işğal etdiyi torpaqlardan başqa istiqamətə çəkmək istəyir:
"Ermənistan bu günə qədər məsələnin siyasi həllinə yanaşmadı. Keçmişdə biz də bu işə müdaxil olduq. Ermənistanın etdiyi qəbuledilməzdir, ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cumhuriyyəti və türk milləti olaraq Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində əlimizdən gələn bütün dəstəyi verməyə hazırıq. Azərbaycan işğal edilmiş torpaqlar mövzusunda hansı həll yolu seçirsə biz də Azərbaycanın yanında olacağıq".

13 İyul, 2020  15:42 Baxılıb: 1349

Bu bölmədə