Simsar.az | bizi özünüzə Simsar bilin
Kürdə 3 nəfər boğulub

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.
Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

10 İyul, 2020  12:16 Baxılıb: 2387

Bu bölmədə