Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda yas mərasimində iştirak edənlər saxlanıldı

Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. "Xəbər verdiyimiz kimi,  iyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması  halı qeydə alınmışdı.  Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmuşdular.
Buna baxmayaraq bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin “3” mərasimini təşkil etməyə cəhd göstərmişdir. Bu cəhdin də qarşısı  30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantinn qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülmüşdür", - Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, M. Mustafayev bir neçə gün əvvəl qətlə yetirilib. O, kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.

6 İyul, 2020  14:25 Baxılıb: 2514

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası