Simsar.az | bizi özünüzə Simsar bilin
ATƏT-in Bakı Ofisinin yeni rəhbəri avqustda gələcək

Hazırda yeni rəhbərin seçimi aparılır 

ATƏT-in Bakı Ofisinə təyin olunacaq yeni rəhbər bu il avqustun sonunadək Azərbaycanda diplomatik fəaliyyətə başlayacaq. Bunu SalamNews-a eksklüziv açıqlamasında ATƏT-in Bakı ofisinin ictimaiyyətlə əalqələr departamentinin rəhbəri Rəşad Hüseynov bildirib. 

Onun sözlərinə görə, hazırda Bakı ofisinə yeni rəhbərin təyinatı ilə bağlı ATƏT-in strukturlarında müzakirələr aparılır və təyin ediləcək şəxslərin müsabiqəsi keçirilir: “Müsabiqə turunu keçəcək şəxs və ATƏT rəhbərliyində dəyərləndirildikdən sonra Bakı ofisinə yeni rəhbər kimi təyin ediləcək”.

R.Hüseynov onu da əlavə etdi ki, yeni rəhbərin adı yaxın vaxtlarda bəlli olacaq və o Bakıda diplomatik missiyayasına bu ilin avqustunda başlayacaq.

14 İyun, 2011  20:50 Baxılıb: 1014

Bu bölmədə