Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda şirkət direktoru axtarışa verildi

Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib. Bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.  Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbs qərarı verilib və axtarış elan edilib.
Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub. Həmçinin, o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.(oxu)

30 İyun, 2020  13:43 Baxılıb: 2659

Bu bölmədə