Simsar.az | bizi özünüzə Simsar bilin
Daş karxanasında meyit tapıldı - BAKIDA

İyunun 18-də, saat 22:00 radələrində Qaradağ rayonu ərazisində yerləşən Şahqaya daş karxanaları kompleksində kişi meyitinin aşkarlanması barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən, zorakılıq əlamətləri aşkar edilməyib.
İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş “Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

19 İyun, 2020  11:47 Baxılıb: 3167

Bu bölmədə