Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda beş yeni lisey yaradıldı - RƏSMİ

Təhsil Nazirliyinin birbaşa tabeliyində beş yeni liseyin yaradılması barədə qərar verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun verdiyi xəbərə görə, Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında beş yeni lisey yaradılıb.
Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

4 İyun, 2020  12:10 Baxılıb: 1563

Bu bölmədə