Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-da güclü zəlzələ olub

ABŞ-ın Los-Anceles şəhərində 5,5 bal gücündə zəlzələ olub. Türkiyənin NTV telekanalı xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırma Mərkəzi yayıb.
Zəlzələ Los-Ancelesdən 193 km şimal-qərbdə yerləşən Ridqesrest rayonunda səhərə saatlarında qeydə alınıb. Yeraltı təkanlar Hollivud da daxil olmaqla Kaliforniya ştatının cənub hissəsində hiss edilib. Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və itki barəsində məlumat yayılmayıb.

4 İyun, 2020  10:28 Baxılıb: 5394

Bu bölmədə