Simsar.az | bizi özünüzə Simsar bilin
CHP seçkidən razıdı, MHP narazı

AKP millətə təşəkkür edir

İyunun 12-i Türkiyədə keçirilən seçkilərdə Ədalət və İnkişaf partiyasına uduzan Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) təmsilçiləri
APA-ya danışıblar.

Simsar.az onların fikirlərini konkret şəkildə təqdim edir.

AKP-dən millət vəkili Nevzat Pakdil:
- Seçkinin Türkiyədəki sabitliyi qoruyacağına əminəm. Bu sabitlik nəticəsində Türkiyə iqtisadi, siyasi, hüquqi sahələrdə böyük uğurlara imza atacaq. Bu imkanı bizə verdiyinə görə millətimizə təşəkkür edirik”.


CHP-dən millət vəkili Faruk Loğoğlu:


-Demokratik şəraitdə keçirilən seçkinin nəticələrinə hörmətlə yanaşırıq.


MHP-dən millət vəkili Toğrul Türkeş:

- MHP şiddətli hücuma məruz qaldı. Liderimiz Dövlət bəyin çıxışlarını lağa qoymaq da daxil olmaqla, bizə qarşı şantajların hamısı bir planın parçası idi. Bu planın həyata keçirilməsinə seçkidən qabaq başlanmamışdı, hələ keçən ilin 12 sentyabrında keçirilən referendumdan etibarən MHP-nin növbəti seçkidə minimal baryeri keçə bilməyəcəyini təbliğ edirdilər. Lakin tərəfdarlarımız qətiyyətli hərəkət edərək bizim parlamentə getməyimizə nail oldular. Normal şərtlər olsaydı, MHP-nin haqqı daha çox mandat əldə etmək idi.


Simsar.az

14 İyun, 2011  19:48 Baxılıb: 988

Bu bölmədə