![]() |
Vladimir Putin Azərbaycan Prezidentinə zəng etdi
Mayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar. Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.
18 May, 2020 20:49 ⁄ Baxılıb: 1884
Bu bölmədə25 Yanvar, 2021 Prezident İlham Əliyev Cavad Zərifi qəbul edib21 Yanvar, 2021 Ceyhun Bayramov Türkmənistana getdi9 Dekabr, 2020 Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı4 Dekabr, 2020 XİN-dən Fransada qəbul edilən qətnaməyə REAKSİYA1 Dekabr, 2020 Azərbaycan Ordusu Laçına daxil oldu - VİDEO |