“Məşədi İbad”ın Gülnazı vəfat etdi
“O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib. Bu barədə “Qafqazinfo”ya T.Gözəlovanın qohumları məlumat verib. Qeyd edək ki, T.Gözəlova AzTV-nin ilk xanım diktoru olub, 1956-cı il mayın 1-də efirə çıxıb. Xatırladaq ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova 1956-1959-cu illərdə Azərbaycan Dövlət Televiziyasının diktoru olub. Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.
8 May, 2020 16:34 ⁄ Baxılıb: 4499
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |