Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan prezidenti Polşaya gedəcək

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri məlumat verib

Azərbayacan prezidenti İlham Əliyev "Şərq tərəfdaşlığı" proqramı iştirakçı ölkələrinin dövlət başçılarının görüşünə dəvət ediləcək. Proqram iştirakçısı ölkə rəhbərlərinin görüşü sentyabr ayının 29-30-da Polşada keçiriləcək. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib. 

O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfər etmək niyyətində olduğunu da qeyd edib. R.Kobia Eştonun səfərinin dəqiqi tarixinin hələlik bəlli olmadığını, ancaq səfər zamanı ölkədəki siyasi vəziyyətin, eləcə də "Şərq tərəfdaşlığı"proqramı və qonşuluq siyasətinin müzakirə ediləcəyini bildirib.

14 İyun, 2011  18:41 Baxılıb: 1032

Bu bölmədə